Əmanətlərin Sığortalanması Fondunun elektron auksion platformasından istifadə qaydaları

            Ümumi məlumatlar:

  • Elektron platforma 7/24 aktivdir.
    • Platformaya ünvanlanmış sualların cavablandırılması 3 (üç) gündən çox olmayan müddət ərzində həyata keçirilir.

Qeydiyyat zamanı qaydalar:

  • Elektron sistemdən yararlanmaq istəyən şəxslər aşağıda qeyd olunan məlumatları daxil etməklə qeydiyyat keçirlər:
    • Elektron poçt ünvanı;
    • Əlaqə nömrəsi;
    • İstifadəçi şifrəsi.   
    • Qeydiyyatdan keçmiş hər bir şəxsə müştəri kodu verilir.
    • Qeydiyyatdan keçmiş hər bir şəxs üçün şəxsi kabinet yaradılır.
    • Şəxsi kabinetdə aşağıda qeyd olunan məlumatlar əks etdirilir:
      • Fiziki şəxslər üçün: şəxsin adı, soyadı, atasının adı, mobil nömrəsi və elektron poçt ünvanı.
      • Hüquqi şəxslər üçün: hüquqi şəxsin adı və ünvanı, əlaqə vasitələri (səlahiyyətli şəxsin mobil nömrəsi, hüquqi şəxsin rəsmi elektron poçt ünvanı və əlaqə nömrələri).
      • Səbət;
      • Alınan məhsullar (məhsulun detalları, sifarişin tarixi, sifarişin tərkibi, ödəniş məbləği);
      • Auksionlar (müştərinin keçmişdə və hazırda iştirak etdiyi auksionlar və onlarla bağlı məlumat);
      • Ünvanlar (istifadəçinin qeydiyyatdan keçərkən göstərdiyi ünvanları: (şəhər, rayon, qəsəbə, küçə, mənzil, giriş və s.), ünvan başlığı (ev, iş və s.); sifarişi təhvil alacaq şəxsin adı, soyadı, əlaqə nömrəsi);
      • Yardım-FAQ, Chat box.
    • Qeydiyyatdan keçərkən bu barədə şəxslərə SMS vasitəsilə təsdiq kodu göndərilir.
    • Yalnız qeydiyyatdan keçən şəxslər məhsulların əldə olunması üçün sistemdən istifadə edə bilərlər.
      • Qeydiyyatdan keçdikdən sonra mövcud hesab vasitəsilə fiziki və hüquqi şəxslər elektron poçt və istifadəçi şifrəsi ilə giriş edə bilərlər.

Auksiona qatılmadan əvvəl müştəri tərəfindən təsdiq edilən məlumat:

  • Mən, ləğv prosesində olan banka aidiyyəti olan şəxs, inzibatçı, mühüm iştirak payına malik olan səhmdar, hərracın təşkilatçısının və sifarişçisinin vəzifəli şəxslər və onların yaxın qohumlarından  (bacı, qardaş, 9 ər/arvad (onların yaxın qohumları), ata, ana, övladladlar, övladlığa götürənlər və ya götürülənlər, nənə, baba) hər hansı biri deyiləm.

Auksion qaydaları:

  • Auksionun keçirilməsi barədə ən azı 7 (yeddi) gün əvvəlcədən platformada və digər sosial media hesablarında bu barədə məlumat (elan) yerləşdirilir.
    • Qeydiyyatdan keçmiş şəxslər auksionda iştirak edə bilərlər.
    • Auksion aşağıdakı qaydada keçirilir:
      • satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, auksionda iştirak edən şəxslər müvafiq düyməni sıxmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;
      • İstifadəçininin artırdığı məbləğdən yüksək təklif verildiyi zaman elektron poçt ünvanı vasitasilə bildiriş gedir;
      • Auksionun davam etmə müddətindən asılı olaraq onun bitməsindən 1 gün və ya 1 saat əvvəl şəxsə bu barədə məlumat göndərilir.
      • Auksion başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq alıcı ilə elektron alqı-satqı müqaviləsi bağlanılır;  
    • 3 (üç) ay ərzində hər hansı şəxs 2 (iki) dəfə auksionun qalibi olduğu halda alqı-satqı prosesindən imtina edərsə, növbəti auksionlara buraxılmır (şəxsin imtina etməsi ilə bağlı şəxsi kabinetlərdə müvafiq qeydlər olur). Əgər şəxs imtinanın üzrlü səbəbləri barədə şəxsi kabinet, Facebook, Whatsapp hesabı və ya elektron poçt ünvanı vasitəsilə məlumat verərsə, onun növbəti auksionlara buraxılması təmin edilə bilər.

Auksiona qatılmadan məhsulun birbaşa satın alınması:

  • İstifadəçi məhsulun satışı üçün təyin olunmuş məbləği ödəyərək auksiona qatılmadan birbaşa məhsulu satın ala bilər.
    • Şəxs məhsulun satışı üçün təyin olunmuş məbləği ödəyərək auksiona qatılmadan birbaşa məhsulu satın aldığı zaman:
      • Səbətə daxil olur;
      • Şifarişi təsdiqləyir;
      • Ünvanı qeyd edir;
      • Hesab-faktura göndəriləcək ünvanı seçir (eyni ünvan və ya başqa ünvan qeyd edilir);
      • Ödəmə ediləcək kartın məlumatları müvafiq hissəyə daxil edir;
      • Ödəməni təsdiqləyir;
      • Proses tamamlanır. 

Hesablaşma qaydaları:

  • Ödəniş plastik kartlar və ya köçürmə yolu ilə, eləcə də digər ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
    • Auksionun qalibi ilə müqavilə imzalandığı andan fiziki şəxslər tərəfindən ən geci 24 (iyirmi dörd) saat, hüquqi şəxslər tərəfindən isə 3 (üç) iş günü müddətində pul vəsaitini satıcının müəyyən etdiyi cari hesaba köçürür.
    • Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) satıcı tərəfindən əldə edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ auksionun qalibinə keçir. Hüquqi şəxslər tərəfindən köçürmə yolu ilə ödəniş edilən zaman məbləğ Fond tərəfindən müəyyən edilən hesabda görünən vaxtdan sonrakı gün əmlak hüquqi şəxsin mülkiyyəti hesab edilir.

Çatdırılma və təhvil-təslim qaydaları:

  • Əgər müştəri məhsulun çatdırılmasını istəyirsə, sifariş zamanı ünvan bölməsini doldurur və çatdırılma şirkəti vasitəsilə məhsul istifadəçiyə çatdırılır, əgər istifadəçi özü pulsuz gəlib götürmək istəyirsə, yaxınlaşıb sifarişini anbardan və ya məhsulun yerləşdiyi digər ərazidən təhvil alır – ünvan Google map vasitəsilə sistemə yerləşdirilir (məlumatlar ünvan bölməsində qeyd edilir və istifadəçi öz istədiyi variantı seçə bilər).
    • Müştəriyə məhsulun təhvil götürülməsi üçün hazır olduğu, eləcə də çatdırılma məqsədilə əmlakın karqo şirkətinə verilməsi barədə elektron poçt ünvanı vasitəsilə bildiriş göndərilir.
    • Müştəri sifariş verdikdən sonra şəxsi kabinetdə sifarişinin çatdırılma statusunu izləyə bilər (sifarişiniz hazırlanır, sifarişiniz daşınmadadır, sifarişiniz çatdırıldı).
    • Təhvil-təslim hər iki tərəfin imzası ilə təsdiq edilmiş elektron və kağız aktla rəsmiləşdirilir (çatdırılma karqo şirkəti vasitəsilə edilərsə, həmin şirkətin müvafiq əməkdaşının da akta imzası əlavə edilir).   

Məhsulların geri qaytarılmasına dair qaydalar: Elektron auksion platforması vasitəsilə məhsul satın alaraq təhvil-təslim aktını müvafiq qaydada təsdiq etmiş alıcı tərəfindən məhsulların geri qaytarılması və ya dəyişdirilməsi yolverilməzdir.