ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Şəxsi məlumat deyərkən müştərilərin Əmanətlərin Sığortalanması Fondunun elektron auksion platformasının xidmətlərindən istifadə zamanı təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.

Elektron auksion platforması qeydiyyat formasında tələb edilən şəxsi məlumatları qanunvericiliyin tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

Elektron auksion platforması şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün şəxsi məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsinə görə məsuliyyət daşıyır.

Müştəri qeydiyyat formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu, müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər. Elektron auksion platforması müştərilərinin şəxsi məlumatlarının qorunmasına və digər üçüncü şəxslərə ötürülməməsinə təminat verir.